İdman
"Qəbələ"nin yeni transferi: "Komanda layiq olduğu yerə qayıdacaq"
"Qəbələ" klubu layiq olduğu yerə qayıdacaq". Oxu.Az xəbər verir ki, bunu adıçəkilən komandanın yeni transferi İsmaheel Akinade klubun Mətbuat Xidmətinə açıqlamasında deyib. O, Azərbaycan təmsilçisinə keçidi ilə bağı danışıb: "Hələ şəhərə baxmaq fürsətim olmayıb. Ancaq klubun özü kifayət qədər peşəkar görünür. Baza da çox yaxşıdır. Komandada ilk rəsmi oyunumu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyik. Komandaya kömək etmək istəyirəm". Akinade "Qəbələ"yə gəlməmişdən Azərbaycan futbolu haqqında çox da geniş məlumata malik olmadığını deyib: "Qəbələ"dən təklif gələndə həyəcanlandım, çünki əvvəl bu ölkədə oynamamışam. Azərbaycan futbolu haqqında çox az məlumatım var idi. Bəzi dostlarım var ki, bu komandanı və liqanı tanıyırlar. Dostlarımdan biri mənə "Qəbələ"nin böyük klub olduğunu dedi. Bu klubun uğurları üçün çalışmaq yaxşı fürsətdir".
Mənbə
oxu.az