Mədəniyyət

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

12 Jan 2026, 13:32 1 baxış
Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik. Oxu.Az xəbər verir ki, yanvarın 12-dən 18-dək olan siyahıda paytaxtda keçiriləcək bir çox tamaşalar, konsertlər yer alıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bu həftə dörd tamaşa oynanılacaq. Yanvarın 16-da saat 19:00-da İtaliyanın məşhur dramaturqu Eduardo de Filipponun "Filumeno Marturano" əsəri əsasında hazırlanmış eyniadlı "Filumeno Marturano" tamaşası oynanılacaq. Biletlərin qiyməti: 8-15 manat.
Yanvarın 17-də saat 19:00-da Əli Əmirlinin "Varlı qadın" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Biletlərin qiyməti: 10-25 manat.
Yanvarın 18-də saat 12:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Biletlərin qiyməti: 8 manat.
Yanvarın 18-də saat 19:00-da Cavid Zeynallının "Şükriyyə" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Biletlərin qiyməti: 10-20 manat.
Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində isə bu həftə iki tamaşa oynanılacaq. Yanvarın 18-də saat 19:00-da İlqar Fəhminin "Şah Abbas Namə" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımovdur. Biletlərin qiyməti: 10-15 manat.
Yanvarın 18-də saat 19:00-da Ülviyyə Heydərovanın "İnanıram" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir Biletlərin qiyməti: 10 manat.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu həftə tamaşaçılarına altı tamaşa təqdim edəcək. Yanvarın 14-də saat 11:00-da və yanvarın 16-da saat 12:00-da Samir Qulamovun eyniadlı pyesi əsasında "Bir nəfəs qədər" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Samir Qulamovdur. Biletlərin qiyməti: 10 manat.
Yanvarın 16-da saat 19:00-da Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Biletlərin qiyməti: 8-15 manat.
Yanvarın 17-də saat 12:00-da Emin Sabitoğlu və Yevqeniy Şvartsın "Qırmızı papaq" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Qrafkindir. Biletlərin qiyməti: 7 manat.
Yanvarın 17-də saat 19:00-da Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanan eyniadlı "Leyli və Məcnun" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru və libretto müəllifi Samir Qulamovdur. Biletlərin qiyməti: 8-15 manat.
Yanvarın 18-də saat 12:00-da Ə.Əlizadə, R.Sef, Т.Каrelinanın "İki küpəgirən qarı" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdir. Biletlərin qiyməti: 7 manat.
Yanvarın 18-də saat 19:00-da Kamal Abdullanın "Gülçöhrə və Əsgər"musiqili dramı oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur. Biletlərin qiyməti: 10-20 manat.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında): Yanvarın 17-də saat 19:00-da yapon dramaturq Koki Mitaninin əsəri əsasında hazırlanan "Master-klass" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Biletlərin qiyməti: 5-15 manat.
Yanvarın 18-də saat 19:00-da "Quş dili" tamaşası oynanılacaq. Biletlərin qiyməti: 5-15 manat.
Akademik Rus Dram Teatrında: Yanvarın 15-də saat 19:00-da A.S.Puşkinin "Daş qonaq" və N.S.Qumilyovun "Misirdə Don Juan" əsərləri əsasında "Don Juan" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Mikayıl Merdinlidir. Biletlərin qiyməti: 15 manat.
Yanvarın 16-da saat 19:00-da "Beluginin Evliliyi" ikihissəli komediyası oynanılacaq. Tamaşanın quruluşçu rejissorları Xalq artistləri Aleksandr Şarovski və Fuad Osmanovdur. Biletlərin qiyməti: 10-15 manat.
Yanvarın 17-də saat 12:00-da "Bremen musiqiçiləri" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Raulya Türkkandır. Biletlərin qiyməti: 5 manat.
Yanvarın 17-də saat 19:00-da Ceyn Ostinin romanı əsasında "Emma" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Raulya Türkkandır. Biletlərin qiyməti: 15-25 manat.
Yanvarın 18-də saat 12:00-da Ceyn Ostinin romanı əsasında "Ələddinin, Şahzadə Jasmin və lampanın cininin sərgüzəştləri" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Raulya Türkkandır. Biletlərin qiyməti: 5 manat.
Yanvarın 18-də saat 19:00-da Uilyam Şekspirin "Hamlet, Danimarka şahzadəsi" əsəri əsasında hazırlanan "Hamlet" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir. Biletlərin qiyməti: 10-20 manat.
Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda: Yanvarın 15-də saat 19:00-da Qara Qarayevin "Leyli və Məcnun" və "Don Kixot" baletləri. Tamaşanın dirijoru: Orxan Həşimov. Quruluşçu baletmeyster: Georgi Kovtun (Rusiya). Biletlərin qiyməti: 12-20 manat.
Heydər Əliyev Sarayında: Yanvarın 12-də saat 19:00-da Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası. Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor Əməkdar artist Əyyub Quliyevdir. biletlərin qiyməti: 15-45 manat.
Yanvarın 15-də saat 20:00-da Rəşid Behbudovun 110 illik yubileyinə həsr olunan konsert. Biletlərin qiyməti: 20-140 manat.
Yanvarın 16-da saat 20:00-da Gürcü Dövlət Milli Akademik Mahnı və Rəqs Ansamblının konserti. Biletlərin qiyməti: 20-120 manat.
Yanvarın 16-da saat 20:00-da Natiq Şirinov sənətinin 50 illiyinə həsr olunan "Natiq Ritmin 50 il ömrü" xüsusi konsert proqramı. Biletlərin qiyməti: 10-80 manat.
Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər