İdman
Arda Güler "Barselona" ilə oyundan sonra əsəblərini cilovlaya bilmədi
İspaniya Superkubokunun finalında "Barselona" ilə oyundan sonra "Real Madrid"in türkiyəli gənc futbolçusu Arda Güler diqqət mərkəzinə düşüb. Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən oyunda Arda 68-ci dəqiqədə meydana daxil olub.
Türkiyə millisinin oyunçusu final fitindən sonra geniş müzakirələrə səbəb olan hərəkətlər edib. Matçdan sonra əsəblərini cilovlaya bilməyən futbolçu meydançanın kənarındakı əşyaya zərbə endirmək istəyib. Həmin vaxt futbolçu sürüşərək kürəyi üstə yıxılıb. Tez ayağa qalxan futbolçu hirsli şəkildə paltardəyişmə otağına yollanıb. Arda Gülerin aqressiv hərəkətləri bir azarkeş tərəfindən lentə alınıb və dünya miqyasında sosial mediada geniş yayılıb. Qeyd edək ki, Superkubokun finalında "Barselona" "Real Madrid"i 3:2 hesabı ilə məğlub edib.

Mənbə
oxu.az