İdman
"Mançester Yunayted" 44 il sonra antirekordunu təkrarladı
"Mançester Yunayted" klubu 44 ildən sonra antirekordunu təkrarlayıb. Oxu.Az "Opta Sport"a istinadən xəbər verir ki, belə hal İngiltərə nəhənginin FA Kubokunda "Brayton"a uduzmasından (1:2) sonra reallaşıb. "Qırmızı şeytanlar" 1981/1982 mövsümündən sonra ilk dəfə həm Liqa Kubokunda, həm də FA Kubokunun ilk mərhələsində mübarizədən kənarda qalıblar. Qeyd edək ki, Mançester təmsilçisi daha əvvəl Liqa Kubokunda "Qrimsbi Taun"a məğlub olub (əsas vaxt 2:2, penaltilərlə 11:12).
Mənbə
oxu.az