İdman

İspaniya Superkuboku: "El-Klasiko"da beş qol vuruldu

12 Jan 2026, 01:06 1 baxış
İspaniya Superkuboku: "El-Klasiko"da beş qol vuruldu
İspaniya Superkuboku finalı əzəli rəqiblər "Barselona" və "Real Madrid" arasında gərgin mübarizə şəraitində keçib. Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanında baş tutan oyunda 5 qol vurulub. Ötənilki finalda olduğu kimi, bu dəfə də katalonlar qalib gəliblər - 3:2.
"Barselona"dan Rafinya (36, 73) və Levandovski (45+4), "Real Madrid"dən Vinisius (45+2) və Qarsiya (45+6) fərqləniblər. Xatırladaq ki, indiyədək İspaniya Superkubokuna ən çox (16) sahib olan məhz "Barselona"dır.
Mənbə oxu.az

Oxşar Xəbərlər