İdman

"Barselona" 16-cı dəfə İspaniya Superkubokunun qalibi oldu

12 Jan 2026, 01:15 1 baxış
"Barselona" 16-cı dəfə İspaniya Superkubokunun qalibi oldu

Futbol üzrə İspaniya Superkubokunda final oyunu keçirilib.


Axar.az xəbər verir ki, həlledici qarşılaşmada “Barselona” və “Real Madrid” komandaları üz-üzə gəlib.


Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti” stadionunda oynanılan görüş Kataloniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Qalib komandanın heyətində 90+1-ci dəqiqədə Frenki De Yonq qırmızı vərəqə qalıb.


Bununla da "Barselona" 16-cı dəfə futbol üzrə İspaniya Superkubokunun qalibi olub.

Mənbə axar.az

Oxşar Xəbərlər