Digər

İran iğtişaşlara görə ABŞ-ı günahlandırdı

08 Jan 2026, 16:40 1 baxış
İran iğtişaşlara görə ABŞ-ı günahlandırdı

İqtisadi problemlərin əsas səbəbi ABŞ-ın qeyri-qanuni sanksiyalarıdır və bu addımlar beynəlxalq hüquqa ziddir.


Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.


Bəyanatda ABŞ-ın İranla bağlı açıqlaması qətiyyətlə pislənilib və bu mövqeyin İranın daxili işlərinə qarışmaq, ölkədə iğtişaş və qeyri-sabitlik yaratmaq məqsədi daşıdığı vurğulanıb:


“İran xalqı müstəqilliyini və milli suverenliyini qorumaqda qərarlıdır və xarici təzyiqlərə qarşı mövqeyini dəyişdirməyəcək”.

Mənbə axar.az

Oxşar Xəbərlər