Digər

Türkiyə Qəzzaya ordu göndərəcək: təlimlər başladı

08 Jan 2026, 15:00 1 baxış
Türkiyə Qəzzaya ordu göndərəcək: təlimlər başladı

Türkiyənin Qəzzaya göndərdiyi sülhməramlı qüvvələr İsrail üçün təhlükə yaratmayacaq.


Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib.


O bildirib ki, Qəzzada təhlükəsizliyi təmin edəcək beynəlxalq sabitləşdirmə missiyası üçün qüvvələr artıq hazırlanıb və müvafiq təlimlər başlayıb:


“Türkiyənin belə bir qlobal sülhməramlı missiyada iştirak etməkdə məqsədi humanitar yardıma töhfə vermək və münaqişələrə son qoymaqdır. Sülhməramlı qüvvələrimiz İsrail üçün təhlükə yaratmayacaq”.

Mənbə axar.az

Oxşar Xəbərlər