Digər

Türkiyə sahillərində neft tankerinə hücum edildi

08 Jan 2026, 15:17 1 baxış
Türkiyə sahillərində neft tankerinə hücum edildi

Qara dənizin Türkiyə sahillərində neft tankerinə növbəti PUA hücumu edilib.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


Məlumata görə, Palau bayrağı altında üzən “Elbus” adlı tanker Kastamonu şəhərinin 50 km-də hücuma məruz qalıb.


Hücum nəticəsində tankerin bir hissəsi zədələnib. Heyət üzvləri arasında xəsarət alan olmayıb.


Tanker hazırda İnebolu limanına çəkilib.

Mənbə axar.az

Oxşar Xəbərlər