Digər

Suriya Hələbdə əməliyyata başladı: Türkiyədən açıqlama

08 Jan 2026, 15:37 1 baxış
Suriya Hələbdə əməliyyata başladı: Türkiyədən açıqlama

Suriya hökuməti Hələb vilayətində təhlükəsizliyin təmin edilməsi məqsədilə antiterror əməliyyatına start verib. Əməliyyat hazırda yalnız Suriya ordusunun qüvvələri ilə həyata keçirilir.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin Ankarada keçirilən brifinqində məlumat verilib.


“Terror təşkilatının mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb. Bu hücumdan sonra Suriya hökuməti Hələbdə ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün antiterror əməliyyatına başlayıb.


Suriyanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi deməkdir. Ankara Suriyanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanaraq terror təşkilatlarına qarşı mübarizəni dəstəkləyir.


Bu çərçivədə, əgər Suriya rəsmi şəkildə müraciət edərsə, Türkiyə lazımi dəstəyi göstərməyə hazırdır”, – açıqlamada bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər