Digər
Tramp ABŞ-ı Ukraynadakı bu proqramdan çıxardı
ABŞ Prezidenti Donald Tramp kütləvi qırğın silahlarını araşdıran Ukrayna Elm və Texnologiya Mərkəzində (STCU) ABŞ-ın iştirakının və maliyyələşdirilməsinin dayandırılmasını əmr edib.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Daha əvvəl Ağ Ev Trampın “artıq Amerika maraqlarına xidmət etməyən 66 beynəlxalq təşkilatdan ABŞ-ın çıxması” əmrini verdiyini açıqlayıb.
Ağ Ev daha sonra bu təşkilatların siyahısını dərc edib. STCU da onların arasındadır, lakin əlavə məlumat verilməyib.
Mənbə
axar.az