Dünya
Səudiyyə Ərəbistanının Yəməndəki siyasəti körfəzdə böhran yaratdı: Bazarlar geriləyir
Körfəz ölkələrinin fond indeksləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında gərginliyin artması fonunda aşağı düşüb. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, Dubay Fond İndeksi (DFMGI) 2%, Əbu-Dabi (FTFADGI) və Səudiyyə Ərəbistanı (TASI) indeksləri isə 1% geriləyib. Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə BƏƏ tərəfindən dəstəklənən cənub separatçılarına xarici hərbi dəstək bəhanəsi ilə hücumlar həyata keçirib. Buna cavab olaraq, BƏƏ-nin Müdafiə Nazirliyi öz qüvvələrinin Yəməndə antiterror missiyasını dayandırdığını bildirib. Bu gərginlik Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Küveyt və Oman fond indekslərinin azalmasına səbəb olub. Səudiyyə Ərəbistanı TASI indeksi 1% azalıb - 10.382; Əbu-Dabi FTFADGI indeksi 1% azalıb - 9.964; Dubay DFMGI indeksi 2% azalıb - 6.015; Qətər QSI indeksi dəyişməyib - 10.794; Misir EGX30 indeksi 0,1% azalıb - 41.690; Oman MSX30 indeksi 0,6% azalıb - 5.860; Küveyt BKP indeksi 1,3% azalıb - 9.444.
Mənbə
oxu.az