Dünya

"OpenAI"nin süni intellekt agentləri Avstraliyada iki dövlət qurumunun sisteminə müdaxilə edib

02 Oct 2026, 19:36 1 baxış
"OpenAI"nin süni intellekt agentləri Avstraliyada iki dövlət qurumunun sisteminə müdaxilə edib
"ChatGPT" çatbotunun yaradıcısı "OpenAI" şirkətinin süni intellekt agentləri Avstraliyanın Yeni Cənubi Uels ştatında iki dövlət qurumunun veb-saytına icazəsiz müdaxilə edib. Oxu.Az ABC teleradioyayım korporasiyasına istinadən xəbər verir ki, hadisələrdən biri ötən həftə baş verib. Süni intellekt agenti ştatın Cinayət Statistikası və Tədqiqatları Bürosunun cinayət statistikasını araşdırmaq üçün nəzərdə tutulmuş açıq alətinə icazəsiz giriş əldə edib. Digər süni intellekt agenti isə Milli Parklar və Vəhşi Təbiət Xidmətinin qorunan təbiət ərazilərindəki yanğınlarla bağlı açıq məlumatların saxlandığı veb-tətbiqə müdaxilə edib. İkinci hadisənin hələ iyun ayında baş verdiyi, lakin "OpenAI" şirkətinin yerli hakimiyyət orqanlarını bu barədə yalnız oktyabrın 1-də məlumatlandırdığı bildirilir. Şirkət gecikməni mütəxəssislərin hadisəni təhlil etməsi ilə izah edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər