İdman
Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu
Futzal üzrə 2027-ci il U-19 Avropa çempionatının əsas seçmə mərhələsinin püşkü atılıb.
Azərbaycan Futzal Federasiyasından Axar.az-a verilən məlumata görə, milli komandamız 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.
Bu qrupun oyunları gələn il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək. Yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.
Mənbə
axar.az