İdman
Rafael Leao 7 nömrəli forma ilə meydana çıxmasından danışdı
Portuqaliya millisinin vingeri Rafael Leao 7 nömrəli forma ilə meydana çıxmaqdan aldığı təəssüratı bölüşüb. Oxu.Az-ın Soccer.ru-ya istinadən verdiyi məlumata görə, oktyabrın 1-də Portuqaliya millisi UEFA Millətlər Liqası çərçivəsində səfərdə Danimarkanı 2:4 hesabı ilə məğlub edib. Qarşılaşmada Leao adətən kapitan Kriştianu Ronaldunun geyindiyi 7 nömrəli forma ilə çıxış edib. Ronaldu son oyundan əvvəl milli komandanın düşərgəsini tərk etdiyi üçün həmin matçda iştirak etməyib. "7 nömrəli formanı geyinmək mənim üçün çox xüsusi idi. Çünki Kriştianu uşaqlıqdan bəri kumirim olub. Üstəlik, uşaqlarım da ayın 7-də dünyaya gəliblər. Buna görə çox xoşbəxtəm. Bu nömrəyə və formaya layiq olmaq üçün əlimdən gələni etdim. Qələbəyə görə şadam", - deyə Leao hisslərini bölüşüb.
Mənbə
oxu.az