Dünya
Suriyanın Latakiya şəhərində komendant saatı elan edildi
Suriyanın Latakiya şəhərində komendant saatı elan edilib. Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Latakiya Daxili Təhlükəsizlik Komandanlığından məlumat verilib. Məlumata görə, şəhərdə komendant saatı saatı yerli vaxtla 17:00-da başlayacaq və 31 dekabr saat 06:00-a qədər davam edəcək. Qeyd edilib ki, qərar fövqəladə hallar, tibb işçiləri, təcili yardım maşınları və yanğınsöndürənlərə şamil edilmir.
Mənbə
oxu.az