Dünya

Ermənistanda müxalif partiyanın iki nümayəndəsi saxlanıldı

30 Dec 2025, 13:20 1 baxış
Ermənistanda müxalif partiyanın iki nümayəndəsi saxlanıldı
Ermənistanda müxalif Vətən Partiyasının baş katibi Xaçik Qalstyan saxlanılıb. Oxu.Az-ın məlumatına görə, bu barədə vəkil Arsen Babayan sosial şəbəkədə məlumat verib. Ermənistan Antikorrupsiya Komitəsi öz növbəsində bildirib ki, Xaçik Qalstyan 16 noyabrda Vaqarşapatda keçirilən ağsaqqallar şurasına seçki zamanı rüşvət vermə işinin iştirakçısıdır. Qurumun məlumatına görə, bu günlərdə seçicilərin rüşvətlə ələ alınması ilə bağlı cinayət işi çərçivəsində səkkiz nəfər, o cümlədən Armavir vilayətinin keçmiş vali müavini saxlanılıb. "Saxlanılanlardan birinə qarşı həbs, üçünə qarşı isə ev dustaqlığı qətimkan tədbiri tətbiq edilib. Dünən eyni cinayət işi çərçivəsində rüşvət vermə ittihamı ilə daha iki nəfər, o cümlədən qeyd edilən partiyanın baş katibi saxlanılıb", - deyə Antikorrupsiya Komitəsinin başçısının mətbuat katibi Marina Ohancanyan bildirib. O əlavə edib ki, sonuncularla bağlı məhkəməyə qətimkan tədbiri kimi həbs tətbiq olunması barədə vəsatətlər təqdim edilib. Daha sonra Vaqarşapatda bu partiyanın digər nümayəndəsi - Aram Koçaryanın da saxlanıldığı məlum olub. Bu barədə siyasi qurumun mətbuat katibi Ripsime Arakelyan sosial şəbəkədə yazıb. Vətən Partiyası 2020-ci ildə Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyan tərəfindən yaradılıb. Bundan bir neçə ay əvvəl, 2019-cu ilin sentyabrında o, MTX başçısı vəzifəsindən azad edilmiş, daha sonra müxalifətə qoşulmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər