Dünya

Almaniyada 24 min şirkət müflis olub

30 Dec 2025, 13:36 1 baxış
Almaniyada 24 min şirkət müflis olub
Qərbin Rusiyaya qarşı sanksiyaları və ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər səbəbindən Almaniyada 24 mindən çox şirkət iflasa uğrayıb. Bu da son 10 ildə ən yüksək rəqəmdir. Oxu.Az xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat verilib. "Bu, 2024-cü illə müqayisədə səkkiz faiz yüksəkdir və on ildən çox müddətdə ən yüksək göstəricidir. Ölkədə əmək məhsuldarlığı durmadan azalır. 2025-ci ildə almanlar ən azı 22 gün xəstəlik məzuniyyəti alıblar. Ölkə, həmçinin ildə 30-dan çox rəsmi tətillə dünyada liderlik edir. Biz almanlar ildə orta hesabla cəmi 1349 saat işləyirik. Fransa (1490) və ya Böyük Britaniya (1500) kimi müqayisə edilə bilən ölkələrdən xeyli geri qalırıq. İsveçrəlilər (1533) də bizdən çox işləyirlər. ABŞ-dən (1791) və hətta Çindən (2397) isə danışmırıq", - deyə yazı müəllifi vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər