Dünya
ABŞ-də kəskin hava şəraiti səbəbindən təxirə salınan uçuşların sayı 10 mini keçdi
Kəskin hava şəraiti ilə əlaqədar ABŞ-nin orta qərb və şimal-şərq ştatlarında 10 mindən çox reys təxirə salınıb. Oxu.Az xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb. Bazar ertəsi və çərşənbə axşamı günü səhər saatlarına kimi daha 1 900 reys ləğv edilib. Milli Meteoroloji Büronun məlumatına görə, bu bölgələrdə güclü qar və qasırğa müşahidə olunur. Xüsusilə, İllinoys ştatının Çikaqo şəhərində küləyin sürəti bazar ertəsi axşam bəzi yerlərdə 25 m/s-ə çatıb. Nəqliyyatın hərəkəti dayanıb. Çox sayda yol-nəqliyyat hadisəsi də qeydə alınıb. Təxminən 110 milyona yaxın insan sərt hava şəraitinin təsirinə məruz qalıb.
Mənbə
oxu.az