Dünya
Pentaqon "Boeing" şirkəti ilə İsrailə "F-15" qırıcılarının tədarükü üçün müqavilə imzaladı
ABŞ hərbçiləri ölkənin "Boeing" şirkəti ilə İsrailə "F-15" qırıcı təyyarələrinin tədarükü üçün 8.57 milyon dollarlıq müqavilə imzalayıb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ Hərb Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilib. Məlumata görə, müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 yeni "F-15IA" qırıcı təyyarəsinin hazırlanmasını, inteqrasiyasını, quraşdırılmasını, sınaqdan keçirilməsini, istehsalını və çatdırılmasını nəzərdə tutur. Razılaşma tədarük edilən təyyarələrin sayının 25 ədəd artırılması imkanını ehtiva edir. Pentaqon "Boeing" şirkətinin 2035-ci ilin sonuna qədər müqavilə üzrə öz öhdəliklərini yerinə yetirəcəyini gözləyir.
Mənbə
oxu.az