Cəmiyyət

İki bacının həlak olduğu qəzada yaralanan şəxslərin vəziyyəti AÇIQLANDI

28 Dec 2025, 14:06 1 baxış
İki bacının həlak olduğu qəzada yaralanan şəxslərin vəziyyəti AÇIQLANDI
Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından bildirilib. Məlumatda qeyd olunub ki, 27.12.2025-ci il tarixində saat 17 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfərdən (qadın) 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olanlar 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və onun bacısı, 2003-cü il təvəllüdlü Aynur Rüstəmova olublar. Belə ki, hərəkətdə olan "Lexus" markalı minik avtomobili idarəetmədən çıxaraq Mil-Muğan kanalına düşüb. 2 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Şükufə Süleymanlı
Mənbə oxu.az

Oxşar Xəbərlər