Cəmiyyət
Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı - Video
"O vaxtlar" verilişinin budəfəki qonağı Nardaran sakini Mahmud Əliyev olub. O, verilişdə uşaqlıq illərindən, zərgərlik sənətinə gəlişindən, Brejnevə hədiyyə edilən kuzənin hazırlanmasından və kənd təsərrüfatı ilə bağlı həyatından danışaraq öz həyat hekayəsini bölüşüb. Mahmud Əliyev uşaqlıq illərini və sənətə gəlişini belə xatırlayıb: "Bakının mərkəzində anadan olmuşam. Məktəbi bitirəndən sonra universitetə daxil ola bilmədim. Nəslimizdə sənətkar yox idi, tacirlər olub. Atamın dostu, xalçaçı-rəssam Kamil Əliyevin yanına getdik və mən usta şagirdi kimi zərgərlik sənətinə başladım. Tərsliklə, dediyimə əməl edərək sənəti mükəmməl öyrəndim. Brejnev Bakıya gələndə ona gümüşdən kuzə hədiyyə veriləcəkdi. Mən həmin kuzəni qızıldan butalar və zərif şəbəkə işi ilə bəzədim. Hazırda həmin kuzə Kiyevdəki tarix muzeyində saxlanılır".
Ailə həyatı və həyat yoldaşına verdiyi qiymətli hədiyyələrdən də danışan Mahmud Əliyev bunları söyləyib: "Atalarımızın dost olduğu bir ailədən olan qızla evlənmişəm. İlk dəfə görüşəndə ona mirvari üzük verdim. Bu, başqa yerdə təkrarı olmayan bir iş idi. Sonralar da vaxtaşırı öz əl işlərimdən ona hədiyyələr etmişəm. Yaşlaşandan sonra qadında bəzəyə həvəs qalır ki?! Amma biz sevgini, hörməti hər zaman qoruyub saxlamışıq".

Mənbə
oxu.az