Cəmiyyət

Gədəbəydə qar örtüyünün hündürlüyü 20 sm-i keçib, avtomobil yolları buz bağlayıb

28 Dec 2025, 12:36 1 baxış
Gədəbəydə qar örtüyünün hündürlüyü 20 sm-i keçib, avtomobil yolları buz bağlayıb
Gədəbəydə qar örtüyünün hündürlüyü 20 sm-i keçib, avtomobil yolları buz bağlayıb. Oxu.Az xəbər verir ki, qar avtomobillərin hərəkətində bir sıra çətinliklər yaradıb. Səhər saatlarından başlayaraq, aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə işlər görülür. Şəmkir rayonunun dağlıq kəndlərinə də güclü qar yağıb, avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb. Nəqliyyat vasitələrinin rahat hərəkəti üçün Şəmkir-Gədəbəy yolunda və Şəmkir - Yeni Göyçə avtomobil yollarında tədbirlər görülür. Yol təsərrüfatı işçiləri səhər saatlarından dağ kəndlərinin rayon mərkəzini birləşdirən avtomobil yollarında və Yasamal aşırımında xüsusi texnikakarla qabaqlayıcı tədbirlər həyata keçirirlər. Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq, Qərb bölgəsinin dağlıq rayonlarına qar yağıb. Bir neçə ucqar dağ kəndlərində avtomobil yollarında qismən çətinliklər yaranıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər