Cəmiyyət

Tərtərdə ağır qəza: yaralılar var

28 Dec 2025, 11:41 1 baxış
Tərtərdə ağır qəza: yaralılar var

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Məlumata görə, hərəkətdə olan "Mersedes" və "Mitsubişi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.


Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər