Cəmiyyət
Güclü qar bəzi rayonlarda nəqliyyatın hərəkətini çətinləşdirdi
Azərbaycanın qərb bölgəsində güclü qar dağlıq rayonlarda avtomobillərin hərəkətində çətinliklər yaradıb. Oxu.Az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy və Göygöl-Toğanalı-Kəlbəcər yolunun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti qismən çətinləşib. Bu hal Şəmkir-Gədəbəy yolunun "Yasamal aşırımı" adlanan hissəsində, Gəncə-Daşkəsən avtomobil yolunun bəzi hissələrində və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun ucqar kəndlərindən keçən hissələrində daha çox müşahidə olunur.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az