Cəmiyyət

Təbiət qoruqlarının sahəsi kəskin azaldı

27 Dec 2025, 18:16 1 baxış
Təbiət qoruqlarının sahəsi kəskin azaldı

2010-2024-cü illər ərzində meşə və xüsusi mühafizə olunan təbiət sahələrinin ölkə ərazisində payında ciddi artım qeydə alınmayıb.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, meşə ərazilərin ümumi torpaq sahəsində xüsusi çəkisi 2010-cu ildən 2024-cü ilə qədər 12 faiz səviyyəsində dəyişməz qalıb.


Xüsusi mühafizə olunan təbiət ərazilərinin ölkə ərazisində payı 2010-cu ildə 10.2 faiz, 2015-ci ildən etibarən isə 10.3 faiz səviyyəsində qərarlaşıb.


Qorunan məkanların daxili bölgüsünə nəzər saldıqda isə struktur dəyişiklikləri müşahidə olunur:


- Dövlət təbiət qoruqlarının payı 2010-2015-ci illərdə 2.4 faiz olduğu halda, 2020-ci ildən sonra 1.4 faizə düşüb;


- Milli parkların payı eyni dövrdə 3.6 - 3.7 faizdən 4.9 faizə yüksəlib;


- Dövlət təbiət yasaqlıqlarının payı isə 4.2 faizdən 4 faizə enib.


Biomüxtəliflik baxımından mühüm olan və qorunan dağ ərazilərinin pay göstəricisi də 2015-2024-cü illər ərzində 6.6 faiz səviyyəsində sabit qalıb.

Mənbə axar.az

Oxşar Xəbərlər