Digər

Rusiyada Ayda elektrik stansiyası tikəcək

24 Dec 2025, 12:56 2 baxış
Rusiyada Ayda elektrik stansiyası tikəcək

Roskosmos 2036-cı ilə qədər Ayda elektrik stansiyası tikməyi planlaşdırır.


Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.


“Roskosmos” 2036-cı ilə qədər Ay elektrik stansiyasının yaradılması üzrə işlərə dair “Lavoçkin”lə (QHT) müqavilə imzalayıb. Saziş həmçinin kosmik gəmilərin dizaynı və tikintisi, uçuş sınaqları və Ayda infrastrukturun yerləşdirilməsi üzrə işləri də əhatə edir. Layihə daimi fəaliyyət göstərən elmi Ay stansiyasının yaradılması və birdəfəlik missiyalardan uzunmüddətli Ay tədqiqat proqramına keçid istiqamətində mühüm bir addımdır”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər