Digər

Poverbank yandı, təyyarə təcili eniş etdi

27 Sep 2026, 19:54 2 baxış
Poverbank yandı, təyyarə təcili eniş etdi

Frankfurt-Mayndan Lissabona uçan “Lufthansa”ya məxsus sərnişin təyyarəsi göyərtəsində poverbankda baş verən yanğın səbəbindən Lionda təcili eniş edib.


Axar.az xəbər verir ki, bu barədə “Lufthansa” sözçüsü məlumat yayıb.


Bildirilib ki, hadisə dünən axşam baş verib. Poverbank sərnişin oturacaqlarından birinin yaxınlığında alovlanıb. Ekipaj cihazı xüsusi çantaya yerləşdirərək yanğını tez bir zamanda söndürüb.


Təhlükəsizlik səbəbi ilə pilotlar Lionda təcili eniş etmək qərarına gəliblər və eniş icazəsi üçün fəlakət siqnalı göndəriblər.


Qeyd edək ki, göyərtədə 198 sərnişin və altı heyət üzvü olub. Xəsarət alan yoxdur.

Mənbə axar.az

Oxşar Xəbərlər