Digər
İran uranı 60 faizədək zənginləşdirir - Arakçı
İranın uranı 60%-dək zənginləşdirməsi yalnız dinc məqsədlər daşıyır və Tehranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə üzrə öhdəliklərinə tam uyğundur.
Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
“Biz uranı 60%-dək dinc məqsədlərlə zənginləşdiririk və bu, Nüvə Silahlarının Yayılmaması üzrə öhdəliklərimizə uyğundur. Biz bu öhdəlikləri pozmuruq”, - o bildirib.
Mənbə
axar.az