Dünya
"Fənərbağça"da gözlənilən səsvermə baş tutdu: Sadettin Saranla bağlı QƏRAR
"Fənərbağça" klubunda Sadettin Saranın və idarə heyətinin 1 mart 2026-cı ildən 31 may 2026-cı ilədək olan maliyyə dövrü üzrə fəaliyyəti səs çoxluğu ilə təsdiqlənib. Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, səsvermədən əvvəl çıxış edən Aziz Yıldırım birlik və həmrəylik çağırışı edərək rəhbərliyin fəaliyyətinin təsdiqlənməsinin lehinə səs verəcəyini açıqlayıb. "Bu səhər bura gələrkən düşüncəm belə deyildi. Ötən toplantıda da mütləq hər kəsin fəaliyyətinin təsdiqlənməli olduğunu, gələcəkdə klubumuzda belə bir imic yaranmamalı olduğunu demişdim. Birlik və həmrəyliyi təmin etmək üçün mən fəaliyyətin təsdiqlənməsinin lehinə səs verəcəyəm. Sizdən də bunu xahiş edirəm", - Yıldırım deyib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər