Dünya
Qazaxıstanda Xəzərdəki faciə ilə bağlı ŞOK DETAL: Tokayevdən diqqətçəkən açıqlama
Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilər dənizdə istifadə olunan xilasedici jiletlərlə təmin edilməyiblər. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirdiyi müşavirədə deyib. "Prezident qeyd edib ki, təlimlər zamanı hərbçilər lazımi avadanlıqla, o cümlədən dənizdə istifadə olunan xilasedici jiletlərlə təmin olunmayıblar", - dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilib. Tokayevin sözlərinə görə, sülh dövründə hərbçilərin həlak olması mahiyyət etibarilə cinayət xarakteri daşıyan zabitlərin, o cümlədən generalların qeyri-peşəkarlığının nəticəsi olub. O, təlimlərin layihəsini kimin hazırladığını və təsdiqlədiyini, Baş Qərargahın işinin necə əlaqələndirildiyini, həmçinin təlimlərdə Hərbi Dəniz Qüvvələrinin Baş Komandanının niyə iştirak etmədiyini müəyyənləşdirməyi tələb edib. Tokayev hökumət komissiyasını baş verənlərin hallarını araşdırmağa, həmçinin təlimlərin hazırlanmasına və keçirilməsinə, təminata və təhlükəsizlik tədbirlərinə riayət olunmasına cavabdeh vəzifəli şəxslərin hərəkətlərini qiymətləndirməyə çağırıb. Qeyd edək ki, sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Mangistau vilayətində keçirdiyi təlimlər zamanı hərbçilər həlak olublar. Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, hava şəraitinin kəskin pisləşməsi və güclü külək nəticəsində 19 hərbçi dənizə düşüb. Hadisə nəticəsində 12 hərbçinin öldüyü təsdiqlənib, 3 nəfər xilas edilib. Digər hərbçilərin axtarışları davam etdirilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər