İdman

Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"

27 Sep 2026, 19:46 3 baxış
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
"Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib. Mütəxəssis UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Litvaya qarşı keçirdikləri oyunu dəyərləndirib: "Penalti epizodu şübhəli idi. Epizodun əvvəlində Emil Səfərova qarşı kobudluq var idi. Hesabı bərabərləşdirəndən sonra üstünlüyü ələ aldıq. Komanda şəklində intizamlı oynadıq. Azərbaycan xalqı üçün anlamlı bir gündə meydana çıxdığımızın fərqində idik. Qalib də gələ bilərdik. Amma uduzmamaq da vacib idi. İnşallah, qələbələr də gələcək". Mütəxəssis hədəfin qrupda birinci yeri tutmaq olduğunu vurğulayıb: "Bu məqsəd üçün sona qədər mübarizə aparacağıq. D Liqasından yuxarı qalxmaq istəyirik. Eyni zamanda, milli komanda oyun planında daha da inkişaf etməlidir. Oyun baxımından artıq buna nail oluruq. İstədiyimiz oyunu sərgiləyirik. Milli komandanın üzvlərində özünəinam formalaşıb. Zamanla daha da yaxşı olacağıq. Lixtenşteynlə növbəti matçda qələbə üçün oynayacağıq". Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər