Digər

Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə - Siyahı

27 Sep 2026, 19:11 3 baxış
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə - Siyahı

Parlament üzvlərinin maaşları dünyanın bir çox ölkəsində hər zaman diqqət çəkən məsələlərdən biri olub.


Axar.az Yeniavaz.com-a istinadla xəbər verir ki, açıqlanan rəsmi məlumatlara görə, parlament üzvlərinin ən yüksək əməkhaqqı aldığı ölkələr arasında ABŞ, Avstraliya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və Kanada kimi ölkələr yer alır.


Qeyd edək ki, parlament üzvlərinin ən yüksək maaş aldığı ilk 10 ölkə aşağıdakı kimi olub:


Birləşmiş Krallıq – İcmalar Palatasının 650 üzvünün illik əməkhaqqı 132 min 800 dollar təşkil edir. Bu məbləğ ölkədə orta illik gəlirdən təxminən üç dəfə çoxdur.


Kolumbiya – Kolumbiya Konqresinin 295 üzvü ildə orta hesabla 139 min 080 dollar qazanır. Bu, ölkə üzrə orta gəlirdən təxminən 10 dəfə çoxdur.


Avstriya – Avstriya Milli Şurasının 183 üzvünün illik əməkhaqqı 144 min 430 dollar göstərilir. Bundan əlavə, deputatların iş xərcləri və əməkdaşlarla bağlı müəyyən ödənişləri də mövcuddur.


İtaliya – İtaliya Deputatlar Palatasının 400 üzvünün illik gəliri 145 min 600 dollar təşkil edir. Bu rəqəm ölkədə orta əməkhaqqından təxminən dörd dəfə çoxdur.


Sinqapur – Sinqapurda 96 parlament üzvünün illik əməkhaqqı 152 min 180 dollar təşkil edir.Kanada – Kanada İcmalar Palatasının 338 üzvünün illik əməkhaqqı 157 min 980 dollar göstərilir. Bu məbləğ ölkədə orta gəlirdən üç dəfədən çoxdur.


Birləşmiş Ərəb Əmirlikləri – Federal Milli Şuranın 40 üzvünün illik əməkhaqqı 163 min 380 dollar təşkil edir.


Almaniya – Bundestaqın 735 üzvünün illik əməkhaqqı 165 min 110 dollar göstərilir. Bu, orta statistik alman işçisinin gəlirindən təxminən üç dəfə çoxdur.


Avstraliya – Avstraliya parlamentinin üzvləri ildə 172 min 710 dollar əməkhaqqı alırlar. Bundan başqa, deputatların səfər və yaşayış xərcləri ilə bağlı ödənişləri də mövcuddur.


ABŞ – ABŞ Konqresinin 535 üzvünün illik əməkhaqqı 174 min 000 dollar təşkil edir.


Məlumat üçün bildirək ki, Azərbaycanda Milli Məclis deputatlarının maaşları 2026-cı ildə dəyişdirilib.


Yeni qaydalara əsasən, Milli Məclisin deputatının aylıq vəzifə maaşı 9 000 manat (ildə 63 min 530 dollar) təşkil edir. Bu göstərici orta aylıq əmək haqqından təxminən 7,6 dəfə yüksəkdir.


Onu da qeyd edək ki, Azərbaycanda Milli Məclis sədrinin aylıq vəzifə maaşı isə 17 000 manat müəyyən edilib. Sədrin birinci müavini 16 000 manat, sədr müavini 15 000 manat, komitə və komissiya sədrləri 13 000 manat, onların müavinləri isə 11 500 manat aylıq vəzifə maaşı alırlar.

Mənbə axar.az

Oxşar Xəbərlər