Digər

Rusiya Ukraynanın neft obyektlərinə zərbələr endirdi

24 Dec 2025, 01:16 1 baxış
Rusiya Ukraynanın neft obyektlərinə zərbələr endirdi

Rusiya dekabrın 23-də gecə saatlarında “Ukrnafta” istehsal müəssisələrinə zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə "Naftoqaz"ın baş direktoru Sergey Koretski Feysbuk hesabında yazıb.


Onun sözlərinə görə, xəsarət alan olmayıb. Lakin ziyan müəssisələrə ziyan dəyib, işlər dayandırılıb və təcili təmir işləri aparılır.


Koretski qeyd edib ki, Rusiya neft və qaz infrastrukturuna hücumlarını davam etdirir.

Mənbə axar.az

Oxşar Xəbərlər