Digər
Türkiyə qəza ilə bağlı araşdırmalara başladı
Ankara Cümhuriyyət Prokurorluğu "Falkon 50" təyyarəsinin qəzaya düşməsinin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç X-də məlumat yayıb.
"Ankara Baş Prokurorluğu Esenboğa Hava Limanından qalxan və Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əl-Həddad da daxil olmaqla sərnişinləri daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb", - deyə o bildirib.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankaranın Haymani ilçəsi yaxınlığında Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddad və onu müşayiət edən nümayəndələr təyyarə qəzasında həlak olublar.
Mənbə
axar.az