Digər

Pakistan Beynəlxalq Hava Yolları hərracda satıldı

23 Dec 2025, 23:50 1 baxış
Pakistan Beynəlxalq Hava Yolları hərracda satıldı

Pakistanın milli aviadaşıyıcısı, dövlətə məxsus müflis olmuş Pakistan Beynəlxalq Hava Yolları (PIA) şirkəti hərracda 135 milyard Pakistan rupisinə (təxminən 482,32 milyon dollara - red.) satılıb.


Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.


Məlumata görə, Pakistan hökuməti tərəfindən müəyyən edilmiş ilkin qiymət 100 milyard rupi (təxminən 357 milyon dollar - red.) olub.


Şirkət uğrunda üç iddiaçı mübarizə aparıb. Özəl konsorsium Arif Həbib hərracda qalib gəlib və PIA-nın səhmlərinin 75%-i üçün ən yüksək qiyməti təklif edib. Satışdan əldə edilən gəlirin 92.5%-i aviaşirkətə yenidən investisiya qoyuluşu üçün istifadə olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər