Mədəniyyət

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

23 Dec 2025, 13:34 1 baxış
Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
23-28 dekabr tarixlərində Bakıda bir sıra tamaşalar, konsertlər olacaq. Oxu.Az paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edir. Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində bu həftə bir tamaşa oynanılacaq. Dekabrın 27-də saat 12:00-da Şarl Perronun "Büllur başmaq" nümayiş etdiriləcək. Nağıl-tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır. Biletlərin qiyməti: 8-12 manat.
Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində isə dörd tamaşa olacaq. Dekabrın 24-də saat 19:00-da A.S.Puşkinin "Daş qonaq" və N.S.Qumilyovun "Misirdə Don Juan" əsərləri əsasında "Don Juan" tamaşası oynanılacaq. Quruluşçu rejissor Mikayıl Merdinlidir. Biletlərin qiyməti: 15 manat.
Dekabrın 20, 21, 27, 28-də və yanvarın 2-də saat 12:00 və 15:00-da "Yeni İl Möcüzələr Fabriki" təqdim olunacaq. Biletlərin qiyməti: 5-35 manat.
Dekabrın 27-də saat 19:00-da Aleksandr Puşkinin eyniadlı əsəri əsasında "Kapitanın qızı" tamaşası oynanılacaq. Biletlərin qiyməti: 10 manat.
Dekabrın 28-də saat 19:00-da A.T.Averçenkonun "Açar", "Zəif sim", "Patletsovun işi", "Olqa Nikolayevna", "İzməna", "Qadın və oğru" hekayələri əsasında "Kərpic dolu çamadanın açarı" adlı ikihissəli komediya nəzərdə tutulub. Tamaşanın quruluşçu rejissoru Emin Mirabdullayevdir. Biletlərin qiyməti: 15-25 manat. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu həftə tamaşaçılarına iki tamaşa təqdim edəcək.
Dekabrın 23-də saat 19:00-da Xalq yazıçısı Kamal Abdullanın "Gülçöhrə və Əsgər" tamaşası oynanılacaq. Quruluşçu rejissor Əsgər Əsgərovdur. Biletlərin qiyməti: 10-20 manat.
Dekabrın 14-də saat 19:00-da Faiq Sücəddinov və Tamara Vəliyeva tərəfindən ərsəyə gətirilən "Mən dəyərəm min cavana" tamaşası planlaşdırılıb. Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovdur. Biletlərin qiyməti: 8-15 manat. Heydər Əliyev Sarayında:
Dekabrın 24-də saat 20:00-da Cem Adrianın konserti olacaq. Biletlərin qiyməti: 39-199 manat.
Dekabrın 28-də saat 19:00-da Xalq artisti Amaliya Pənahovanın 80 illik yubiley gecəsi keçiriləcək. Biletlərin qiyməti: 30-150 manat. Azərbaycan Dövlət Akademik Filarmoniyasında:
Dekabrın 23-də saat 19:00-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş konsert - Azərbaycan Dövlət Xor Kapellasının çıxışı olacaq. Bədii rəhbər və baş dirijor Gülbacı İmanova. Biletlərin qiyməti: 4-20 manat.
Dekabrın 23-də, saat 19:00-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş konsert baş tutacaq. Bədii rəhbər və baş dirijor Fuad İbrahimov. Biletlərin qiyməti: 4-20 manat.
Dekabrın 26-da saat 19:00-da Azərbaycan Dövlət Simli Kvartetinin ifasında Kamera musiqisi axşamı. Biletlərin qiyməti: 4-20 manat.
Dekabrın 27-də saat 19:00-da Niyazi adına Dövlət Simfonik Orkestrinin iştirakı ilə "Əsrlərin nəfəsi" təqdim olunacaq. Bədii rəhbər və baş dirijor Yalçın Adıgözəlov Biletlərin qiyməti: 4-20 manat. Beynəlxalq Muğam Mərkəzində:
Dekabrın 23-də saat 19:00-da Fidan Hacıyevanın Vokal musiqi Məktəbinin tələbələrinin Mezzo kamera Orkestrinin müşayiəti ilə "Christmas Consert" adlı konsert proqramı nəzərdə tutulur. Biletlərin qiyməti: 15-25 manat.
Dekabrın 26-da saat 19:00-da Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş Əməkdar artist Bəyimxanım Vəliyeva və tələbələrinin "Ucalan səslər" adlı konsert proqramı keçiriləcək. Biletlərin qiyməti: 10-20 manat. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər