Digər
800 minlik ordunu maliyyələşdirə bilməyəcəyik - Zelenski
Müharibə bitdikdən sonra bir neçə il ərzində Ukraynanın təhlükəsizliyinin yeganə etibarlı qarantı olan Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsində tərəfdaşların köməyinə ehtiyac olacaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Ukraynanın müharibə bitdikdən sonra 800 minlik ordunu maliyyələşdirmək gücünün olub-olmayacağı barədə sualı cavablandıran Zelenski bildirib:
“Xeyr, buna qadir deyilik. Maliyyə resursları yoxdur. Məhz buna görə də liderlərlə bu dialoqu aparıram, çünki tərəfdaşlarımızın dəstəyi ilə ordumuzun qismən maliyyələşdirilməsini özümüz üçün təhlükəsizliyin zəmanəti kimi görürəm”.
Mənbə
axar.az