Digər
ABŞ bu ölkənin neftindən 12 milyard gəlir əldə edib
ABŞ bu ilin ilk doqquz ayında Venesuelanın təbii sərvətlərinin və neft ixracının satışından 12,26 milyard dollar gəlir əldə edib.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) qəzeti beynəlxalq audit şirkəti KPMG-nin hesabatına istinadla məlumat yayıb.
Hesabata görə, yanvarın 3-dən sentyabrın sonunadək vəsaitlər ABŞ Maliyyə Nazirliyinin yaratdığı xüsusi hesaba köçürülüb. Bu məbləğin 11,7 milyard dolları Venesuelanın milli valyutasının məzənnəsini dəstəkləmək məqsədilə ölkəyə qaytarılıb, təxminən 130 milyon dollar isə xarici borcların ödənilməsinə yönəldilib.
Mənbə
axar.az