Dünya

ABŞ-də 1955-ci ilin "Chevrolet"ini elektromobilə çevirdilər - Foto

11 Nov 2026, 03:43 1 baxış
ABŞ-də 1955-ci ilin "Chevrolet"ini elektromobilə çevirdilər - Foto
ABŞ-nin tanınmış tüninq atelyesi "West Coast Customs" 1955-ci il istehsalı olan "Chevrolet Bel Air"i müasir "Tesla Model 3" əsasında elektromobilə çevirib. Oxu.Az bu barədə motor.ru-ya istinadən xəbər verir. Yenilənmiş "Bel Air"in kuzovu qırmızı rəngə boyanıb və parlaq qara detallarla tamamlanıb. Avtomobilə xüsusi hazırlanmış 20 düymlük təkər diskləri və LED işıqlandırma sistemi quraşdırılıb. Salonda hər iki markanın detalları xüsusi dizayn elementləri ilə birləşdirilib. Yeni üzlüklə örtülmüş oturacaqlardakı altıbucaqlı tikiş naxışı "Lamborghini"nin dizaynını xatırladır. Avtomobilin batareyasını "Tesla Supercharger" stansiyalarında doldurmaq mümkündür. "Bel Air" avtomatik parklanma funksiyası da daxil olmaqla sürücüyə yardım sistemləri ilə təchiz edilib. Qeyd edək ki, "Chevrolet Bel Air" 1949-cu ildən 1975-ci ilədək istehsal olunub.
{{gallery}}
ABŞ-də 1955-ci ilin "Chevrolet"ini elektromobilə çevirdilər - Foto ABŞ-də 1955-ci ilin "Chevrolet"ini elektromobilə çevirdilər - Foto ABŞ-də 1955-ci ilin "Chevrolet"ini elektromobilə çevirdilər - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər