Dünya
Konqoda 40-dan çox dinc sakinin meyiti tapıldı
Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Mambasa rayonunun bir neçə kəndində 40-dan çox dinc sakinin meyiti aşkarlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Actualité" portalı məlumat yayıb. Portalın məlumatına görə, sakinlərin üsyançı "Demokratik Qüvvələr Alyansı" (DQA) qruplaşmasının silahlı üzvləri tərəfindən öldürüldüyü ehtimal olunur. Meyitlər bir neçə kəndin ərazisində tələsik basdırılmış halda tapılıb. Silahlıların hücumları davam etdiyindən ölənlərin yaxınları və xilasedicilər həmin ərazilərə daxil ola bilmirlər. Qeyd edək ki, DQA 1995-ci ildə Uqandada yaradılıb. 2003-cü ildə Uqanda silahlı qüvvələrinin zərbələri nəticəsində alyansın dəstələri geri çəkilərək KDR-in şərq rayonlarında sığınacaq tapıblar. Qruplaşma həmin ərazilərdə hərbi və mülki obyektlərə müntəzəm hücumlar təşkil edir.
Mənbə
oxu.az