Dünya

ABŞ 300 milyonadək milçək istehsal edəcək: Külli miqdarda vəsait ayrıldı

11 Nov 2026, 03:03 2 baxış
ABŞ 300 milyonadək milçək istehsal edəcək: Külli miqdarda vəsait ayrıldı
ABŞ-nin Kənd Təsərrüfatı Nazirliyi Texas ştatında steril milçəklərin kütləvi istehsalı üçün zavodun tikintisinə 690 milyon dollardan çox vəsait ayırıb. Oxu.Az bu barədə abzats.media-ya istinadən xəbər verir. Məlumata görə, zavod tam gücü ilə fəaliyyətə başladıqda həftədə 300 milyonadək steril milçək istehsal edə biləcək. Söhbət Amerika ət milçəyindən gedir. Bu milçəyin sürfələri heyvanların yaralarına daxil olaraq canlı toxumalarla qidalanır. Onlar bəzən insanlarda da parazitar yoluxmaya səbəb ola bilir. Zərərvericinin sayını azaltmaq üçün milçəklər yetişdirilir, çoxalma qabiliyyətini itirmələri üçün şüalandırılır və təbiətə buraxılır. Zavodun tikintisinə apreldə Texasdakı Mur aviabazasında başlanılıb. Müəssisənin həftəlik istehsal gücünün 2027-ci ilin sonunadək 100 milyon, 2028-ci ilin sonunadək isə 300 milyon steril milçəyə çatdırılması planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər