Dünya

Banqladeşdə gənc siyasətçinin ölümündən sonra kütləvi etirazlar başlayıb

19 Dec 2025, 11:22 1 baxış
Banqladeşdə gənc siyasətçinin ölümündən sonra kütləvi etirazlar başlayıb
Dekabrın 12-də Banqladeşin paytaxtı Dəkkədə sui-qəsd cəhdi zamanı ölümcül yaralanan gənc siyasətçi Şərif Osman Hadinin ölümündən sonra ölkədə kütləvi etirazlar başlayıb. Oxu.Az "Times of India" qəzetinə istinadla xəbər verir ki, Ş.O.Hadinin ölüm xəbəri yayılandan dərhal sonra minlərlə insan küçələrə çıxaraq hakimiyyətin siyasi fəalı qorumamasına etiraz edib. Etirazçılar iki qəzetin ofisini, eləcə də Avami Liqasının (əvvəl ölkədə iqtidarda olan partiya - red.) ofisini yandırıblar. Onlar, həmçinin Hindistanın Çattoqramdakı viza müraciət mərkəzini daşa basıblar. Banqladeşin müvəqqəti Baş naziri Məhəmməd Yunis insanları təmkinli olmağa çağırıb və Ş.O.Hadinin qətlinin günahkarlarının tapılıb cəzalandırılacağına söz verib. Ölkənin təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər