Dünya
Napoleonun 1809-cu ildə generala göndərdiyi mesaj deşifrə edildi - Foto
"GPT-6 Astra" neyroşəbəkəsi Napoleon Bonapartın 217 ildir məzmunu naməlum qalan gizli mesajını deşifrə edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Telegraph" nəşri məlumat verib.
Məlumata görə, məktub 1809-cu ildə Napoleonun göstərişi ilə onun ögey oğlu Ejen tərəfindən general Oqyust e Marmona göndərilib. Məktubda Habsburq Monarxiyası ilə qarşıdurması ərəfəsində Fransa və Avstriya qoşunlarının irəliləyişləri və sayı haqqında məlumatlar əks olunub. "SentinelOne" şirkətinin süni intellekt üzrə mühəndisi Karter Çerç mesajı deşifrə etmək vəzifəsini öz üzərinə götürüb. Onun sözlərinə görə, "GPT-6 Astra"ya təxminən 1300 simvolu tanımaq və onları kriptoqraflara artıq məlum olan şifrə elementləri ilə uyğunlaşdırmaq üçün təxminən altı saat vaxt lazım olub. Deşifrə üçün sistem tavlama imitasiyası metodundan istifadə edərək müxtəlif söz variantlarını seçib və nəticəni Marmonun dövrümüzə gəlib çatan digər mətnləri ilə müqayisə edib. Mesajda generala yürüşə hazırlaşmaq və "bir neçə dəstə və ya izdiham yığınından qorxmamaq" barədə göstəriş verilib. Məktubda, həmçinin bildirilib ki, Avstriya dərhal hər tərəfdən hücuma məruz qalacaq. Daha sonra Marmonun ordusu Xorvatiyadan çıxmağa və Vaqram döyüşündə Avstriyanı məğlub edən Napoleonun qüvvələrinə qoşulmağa nail ola bilib. Marmon bundan sonra marşal rütbəsi alıb.

Mənbə
oxu.az