Dünya

Ermənistan ordusunda kadr çatışmazlığı: Müqaviləli xidmətə tələblər ləğv edilir

02 Oct 2026, 12:16 3 baxış
Ermənistan ordusunda kadr çatışmazlığı: Müqaviləli xidmətə tələblər ləğv edilir
Ermənistan hakimiyyəti məcburi hərbi xidmət müddətinin ilyarımadək azaldılmasından sonra orduda yaranmış şəxsi heyət qıtlığını hər vəchlə aradan qaldırmağa çalışır. Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, problemi hər hansı formada həll etmək məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tələsik şəkildə "Vətən müdafiəçisi" proqramı çərçivəsində cəlb edilən hərbçilərin sayını artırır. Bu prosesdə namizədlərə qoyulan müəyyən edilmiş tələblər arxa plana keçir. Bildirilir ki, proqrama, demək olar ki, müraciət edən hər kəs, hətta əvvəllər xidmətdən xaric edilənlər də qəbul olunurlar. Ermənistan KİV son aylar orduda baş verən faciəli hadisələri həm də hərbi qulluqçuların seçimi zamanı tələblərin aşağı salınması ilə əlaqələndirir. Digər bir problem kimi lazımi nəzarətin olmaması göstərilir. Qeyd olunur ki, "Vətən müdafiəçisi" proqramı müddətli həqiqi hərbi xidmət qulluqçularına altı aydan sonra beşillik müqaviləli xidmətə keçmək imkanı verir. Həmçinin müqavilənin müddəti başa çatdıqda və ya səhhətinə görə vaxtından əvvəl pozulduqda, hərbçilər təxminən 12 min dollar məbləğində kompensasiya ala bilərlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər