Kriminal
Bakıda qarajdan meyit tapıldı
Bakıda qarajdan meyit tapılıb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində yerləşən qarajda qeydə alınıb. Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Mehdi Yaqub oğlu Hüseynovun meyiti qarajda aşkarlanıb. Onun qarajda infarkt keçirərək dünyasını dəyişdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az