Cəmiyyət
Çexiyanın nəhəng şirkəti Azərbaycanın xüsusi təyinatlılarına hansı silahı təklif etdi? - Foto/Video
Çexiyanın nəhəng silah istehsalçısı şirkəti "DSS a.s." Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin istifadəsi üçün yeni nəsil MK24 pulemyotlarını təklif etmək niyyətindədir. Bu fikirləri Çexiyanın "DSS a.s." şirkətinin texniki mühəndisi Jachym Vekrbauer "ADEX 2026" sərgisi çərçivəsində Oxu.Az-a açıqlamasında deyib. O bildirib ki, MK24 pulemyotu müasir döyüş təcrübəsi, o cümlədən xüsusi təyinatlı qüvvələrin əməliyyatlarda əldə etdiyi təcrübə nəzərə alınmaqla hazırlanıb:
"Biz bu silahı Çexiya Ordusunun xüsusi təyinatlı qüvvələri ilə əməkdaşlıq çərçivəsində hazırlamışıq. MK24 XXI əsrin pulemyot konsepsiyasına uyğun olaraq hazırlanmış ən yeni məhsulumuzdur. Silahın gövdəsinin istehsalında aviasiya sənayesində istifadə olunan alüminium ərintilərindən, daxili hissələrində isə yüksək keyfiyyətli karbon poladından və alət poladından istifadə edirik. Bundan əlavə, istehsalda digər xüsusi materiallar da tətbiq olunur. Bu materialların birləşməsi silahın həm yüngül, həm də davamlı və dəqiq olmasını təmin edir. Hissələrin CNC dəzgahlarında emalı isə silah sisteminin yüksək keyfiyyətini təmin edir". Şirkət nümayəndəsinin sözlərinə görə, MK24 pulemyotunun atəş tempi dəqiqədə təxminən 600 atəş təşkil edir. Bu göstərici silahın idarəolunmasını asanlaşdırır və yaxın, eləcə də orta məsafəli döyüşlərdə atıcıya sabit platforma təqdim edir. Vekrbauer qeyd edib ki, şirkət yeni pulemyotu Azərbaycanın xüsusi təyinatlı qüvvələrinə təklif etməkdə maraqlıdır.

Mənbə
oxu.az