Siyasət

Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"

02 Oct 2026, 12:50 3 baxış
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
"Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional sabitlik, təhlükəsizlik və inkişaf üçün mühüm platformadır". Oxu.Az-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Şuşada keçirilən üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib. O bildirib ki, görüş üç ölkə arasındakı dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir: "Görüşümüzün işgüzar mühitdə keçdiyini və çox səmərəli olduğunu qeyd etmək istəyirəm. Görüşdə münasibətlərin ikitərəfli və üçtərəfli formatlarda inkişaf perspektivləri, regionda cərəyan edən əsas siyasi proseslər, bölgə infrastrukturunun əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb". "Dünyada gərginliyin artması, yaşanan çətinliklər və iqtisadi maneələr fonunda ölkələr arasında koordinasiya və qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət kəsb edir. 2026-cı il ərzində də üçtərəfli formatda bir sıra mühüm layihələr həyata keçirilib. Birgə səylərlə əlaqələri daha da genişləndirmək və möhkəmləndirmək niyyətindəyik. Qarşılıqlı hörmətə, dostluq münasibətlərinə və etimada əsaslanan əməkdaşlıq regionda sülh, sabitlik və təhlükəsizlik üçün böyük əhəmiyyət daşıyır", - deyə nazir əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər