Dünya

Avstraliya terror aktından sonra əhalidən odlu silahları yığmağa başlayıb

19 Dec 2025, 11:54 1 baxış
Avstraliya terror aktından sonra əhalidən odlu silahları yığmağa başlayıb
Sidneydə baş verən terror aktından beş gün sonra Avstraliya hökuməti əhalidən odlu silahların geri alınması proqramına start verildiyini bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb. "Bondidəki dəhşətli hadisə silah saxlamağı qadağan etməli olduğumuzu göstərir. Bilirik ki, hücum edənlərdən birinin qanuni altı silahı olub", - deyə Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib. Hazırda ölkədə dövriyyədə təxminən dörd milyon odlu silahın olduğu bildirilir. Avstraliya hökuməti daha əvvəl adambaşına düşən silahların sayını məhdudlaşdırmaq və artıq silah lisenziyalarının qeyri-müəyyən müddətə verilməsini dayandırmaq barədə də qərar çıxarıb. Xatırladaq ki, dekabrın 14-də Sidney çimərliyində yəhudilərin Hanuka bayramının qeyd olunduğu yerdə terror aktı baş verib. Hadisə zamanı 16 nəfər ölüb, 40-dan çox sakin yaralanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər