Dünya

"Honkonq qripi"nin adına etiraz: "Elmi reallığı əks etdirmir"

19 Dec 2025, 12:02 1 baxış
"Honkonq qripi"nin adına etiraz: "Elmi reallığı əks etdirmir"
"Honkonq qripi" termininin A(H3N2) qrip virusuna aid edilməsi səhvdir". Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Honkonqun səhiyyə departamentindən məlumat verilib. Qeyd olunur ki, ştam adları xəstəliyin ilk aşkarlanma yeri və ilinə əsaslanır, lakin bu, virusun əsl mənşəyini göstərmir. "Buna görə də A(H3N2) alttipini Honkonqla əlaqələndirmək elmi reallığı əks etdirmir. A(H3N2) uzun müddətdir mövsümi qrip virusu kimi təsnif edilir. 50 ildən artıqdır ki, qlobal miqyasda yayılır və yerli və ya yeni ştam hesab edilə bilməz. Xəstəliyin Honkonqda yarandığı iddiaları əsassızdır", - deyə departamentin yaydığı məlumatda bildirilib. Nümunə olaraq, mütəxəssislər 1918-20-ci illərdə baş verən və "İspan qripi" adlandırılan qrip pandemiyasını göstəriblər. Qeyd olunur ki, həmin epidemiyanın mənşəyi İspaniya olmayıb. Xatırladaq ki, A(H3N2) virusu ilk dəfə 1968-ci ildə Asiya ölkələrində aşkar edilib. 1968-69-cu illərdə qrip pandemiyasına səbəb olub və sonradan mövsümi ştamların bir hissəsinə çevrilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər